how to make your own website for free

Türkiyə

Türkiyə. Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Əhalisinin əksəriyyəti İslam dininə inanır.
Bosfor boğazının hər iki sahilində, Qızıl Buynuz buxtası və Mərmərə dənizinin şimal-şərq hissəsini əhatə edən İstanbul, nəinki Türkiyənin,Yaxın və Orta Şərqin, hətta dünyanın ən böyük və ən gözəl şəhərlərindən hesab olunur.Qızıl Buynuz buxtası şəhəri iki yerə bölür: qədim və yeni şəhər:İstanbulun Asiya və Avropa.
Şəhərin və eləcə də bütün Türkiyənin ən böyük bazarı olan Qapalı Çarşı bir neçə məhəllədə yerləşir.Bazarın içərisində olan irili-xırdalı dükanların sayı 4 minə yaxındır.Bu bazarda dükanlarla yanaşı kafelər, restoranlar, banklar da fəaliyyət göstərir.Türkiyənin ən böyük karvansarası da İstanbuldadır.

TÜRKİYƏNİ BİZİMLƏ KƏŞF EDİN

AŞAĞIDAKI FORMU DOLDURARAQ,BİZİ BİLDİRİN