free web site creator

Park Bulvar

Park Bulvar — Bakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Bunlar Adidas, Benetton, Debenhams, Jack & Jones, Mango, Nike və s. kimi dəb aləminin dünya şöhrətli brendləri təqdim olunub.
Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir. Park Bulvar 700 nəfəri işlə təmin edir.
“PARK BULVAR” sizi hər gün saat 12:00-dan 01:00-dək qarşılamağa şad olacaq! 

28 Mall

“28” Ticarət və əyləncə mərkəzi 2012-ci ildə istifadəyə verilmişdir. Bu mükəmməl, istirahət, əyləncə və şoppinq mərkəzi Bakının tam mərkəzində yerləşir. 24000 kvm ticarət sahəsinə malik mərkəzi geniş brend çeşidi ilə insanları sevindirir. New Yorker, ALDO, Next, Swarovski, GAP, Massimo Dutti, ZARA, MANGO, SIX, CELIO, PINK Accessoried, LC Waikiki, United Colors of, Benetton, Bershka, Inglot, Stradivarius, Pull&Bear, Accessories Store, Starbucks, Ideal/M.A.C, Shakh, Second Cup, Music Gallery, Bazar Store, Ali&Nino, Grafika, Toms Donuts, SUEL Shekerleri , CINEMA və s. kimi dəb aləminin dünya şöhrətli brendləri təqdim olunub.
Mall 28-də 70 –yə yaxın beynalxalq və yerli brendlər burda yerləşir. Həyatın hər bir sahəsin əhatə edən malları burda tapa bilərsiniz: Dəbli geyimlər, ev-məişət əşyaları, idman geyimləri, electron cihazlar və məişət əşyaları. Uşaqlar üçün Kid’s planet – əyləncə və oyun mərkəzi, Bakıda olan ən böyük və müasir kinoteatr , müxtəlif restoranlar, fast food, kofe shoplar sizin asudə vaxtınızı daha maraqlı edəcək.
Mağazalar-Həftənin 7 günu 10:00 dan 22:00 –dək.
Restoranlar və fast food-Həftənin 7 günü 10:00 dan 22:00 dək.
Kinoteatr-Həftənin 7 günü 10:00 dan – gecəyə qədər.

Premium Outlet

Premium Outlet – 2012-ci ildən Şüvəlan qəsəbəsində fəaliyyət göstərən, regionda ən böyük autletlərdən biridir.
Premium Outlet Gucci, Prada, Dolce&Gabbana, Valentino, Giorgio Armani, Ermenegildo Zegna, Tom Ford, Celine, Hugo Boss, Pal Zileri, Emporio Armani, MAX&Co., Guess kimi 100-dən artıq tanınmış brendlərin kolleksiyalarını 80%-dən başlayan endirimlərlə təklif edir və Azərbaycan, Qazaxstan, Gürcüstan, Rusiya və regionun başqa ölkələrinə çatdırılma həyata keçirir.
Premium Outlet – sərfəli qiymət və sürətli çatdırılma ilə dizayner geyimləridir!
“PREMİUM OUTLET”sizi hər gün saat 10:00-dan 19:00-dək qarşılamağa şad olacaq!

Gənclik Mall

Aprelin 15-də Bakıda regionun ən iri yeni “Gənclik Mall” ticarət mərkəzi açıldı.
Burada “Zara”, “Massimo Dutti”, “Mango”, “Ted Baker”, “Lacoste”, “Tommy Hilfiger”, “French Connection”, “LC Waikiki”, “Koton”, “New Yorker”, “DeFacto”, “Calliope”, “Terranova”, “Stradivarius”, OVS, “Pimkie” və s. kimi dəb aləminin dünya şöhrətli brendləri təqdim olunub. İdman məhsullarının geniş çeşidləri və inventar GO Sport və Courir mağazalarında mövcuddur.
“Gənclik Mall” ticarət mərkəzinə Gənclik metrostansiyasından çıxmadan daxil olmaq mümkündür. Bu da ticarət mərkəzinin üstün cəhətlərindən biridir.
Metrostansiyadan çıxan kimi alıcılar (-1 mərtəbə) zonasında daxil ola bilərlər. Burada Maxi.az elektron mallar və məişət texnika, “Zel Home”, “The One” və “CoinCasa” kimi mebel və aksessuarlar mağazaları yerləşib. Həmin mərtəbədə geniş “Bravo” supermarketi fəaliyyət göstərir. Burada yerli və xarici məhsulları münasib qiymətə əldə etmək mümkündür.
“Gənclik Mall” ticarət mərkəzi alış-verişdən əlavə, buraya gələnləri əyləncələr və fastfood restoran və kafelərin seçimi ilə maraqlandıracaq.
Burada artıq hamıya tanış və Bakıda çox sevilən “McDonald’s”, KFC, “Villa Pizza”, “Starbucks”, “Espressamente İlly”, “Gloria Jeans”, “Café City”, “Vapiano”, “Mado” və s. tamamilə yeni “Mooyah”, “Bagel Bar”, “Köfteci Ramiz” fastfood restoran və kafelər yerləşir.
Ticarət mərkəzinin sonuncu mərtəbəsində yerləşən “OnTop” boulinq-mərkəz, “Wonderland” oyun zonası və 9 zaldan ibarət “CinemaPlus” kinoteatrı kino və əyləncə həvəskarlarını sevindirəcək.
Bu mərtəbədə ticarət mərkəzinə gələnləri, həmçinin uşaq geyimlərinin və körpələrin sevimli oyuncaqların geniş seçimi gözləyir: “Soo Be”, “Pancho”, ”Original Marines”, “Chicco”, “The Entertainer” və “Imaginarium”.
“Gənclik Mall” ticarət mərkəzinə öz avtomobili ilə gələnlərə geniş 1000 avtomobillik parklama yeri mövcuddur.
“Gənclik Mall” sizi hər gün saat 10:00-dan 22:00-dək qarşılamağa şad olacaq!