free bootstrap theme

QOBUSTAN

Bakıdan 60 km cənubda ümumi sahəsi 537 hektar olan ərazidə dünyanın ən böyük qədim qayaüstü rəsmlərinin kolleksiyalarından biri yerləşir. Burada olan petroqliflərin sayı 400 mindən çoxdur. Qobustan dövlət tarixi-bədii qoruğunda həmçinin ilk insan məskənlərini, tarixdən əvvəl inşa edilən tikililəri və daş dövrünün və ondan sonrakı dövrlərin sakinləri barədə digər sübutlar görmək olar. Tanınmış norveç tədqiqatçısı və səyyahı Tur Xeyerdal Qobustan petroqliflərini bir neçə dəfə tədqiq etmiş və burada qayaların üzərindəki qayıqların təsvirlərini bütün dünyada məlum olan qayıq təsvirləri arasında ən qədim təsvirlər olduğunu bildirmişdir. Qədim skandinav gəmilərinə bənzəyən bu gəmilər onu norveçlilərlə azərbaycanlılar arasında qohumluğun olması barədə sensasiyalı fərziyə irəli sürməyə vadar edib. Tur Xeyerdal belə bir nəticəyə gəldi ki skandinavların əcdadları Azərbaycan ərazisindən köçüb gəlmiş insanlar olublar. Üzərində latın yazısı olan və eramızın I əsrində imperator Domisianın XII roma leqionu tərəfindən qoyulan və həmin leqionun burada oluduğu sübut edən daş lövhə turistlərin xüsusi marağına səbəb olur. Qobustanın qayaüstü rəsmlərinin mədəni peyzajı YUNESKO-nun dünya irsi siyahısına daxil edilib.  

QOBUSTANI BİZİMLƏ KƏŞF EDİN

AŞAĞIDAKI FORMU DOLDURARAQ,BİZİ BİLDİRİN