bootstrap menu
Bakı ilə arasında məsafə 230 km
Necə getməli Avtonəqliyyat : Bakı-Masallı – 7 saat
Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı–Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Əhali
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən rayonda 211.951 nəfər əhali yaşayır.
Masallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km²-ə 294 nəfər əhali düşür) nəfərdir, o cümlədən əhalinin 76.00%-ni azərbaycanlılar, 23.40%-ni talışlar, 0.05%-ni isə ruslar təşkil edirlər. Rəsmi veb-saytında rayon əhalisinə dair məlumatlar verərkən icra hakimiyyəti rəsmi sayımların yekunlarından fərqli rəqəmləri təqdim etsə də məlumatların əsaslandığı mənbələri qeyd etməmişdir.

İNDİ SİFARİŞ EDİN

Azərbaycanın cənubunda, paytaxtdan 270 km aralıda yerləşən Masallı rayonu subtropik iqlimi, Xəzər dənizinin lacivərd çimərlikləri və ən məşhur İstusu olmaqla, çoxlu sayda isti çeşmələri ilə tanınır.
İstisu termal mineral çeşməsi revmatizm və dayaq-hərəkət aparatı, dəri xəstəliklərindən əziyyət çəkən insanların ziyarət yerinə çevrilib. Çeşmənin ətrafında bir neçə pansionat, koteclər, çadır şəhərcikləri tikilib. Termal çeşmədən çıxan suyun bir hissəsi buradan axan kiçik çaya tökülməsi burada dincələnlərə qeyri-adi vannalar qəbul etməyə imkan yaradır. Çayda üzən qeyri adi balıqların dəstəsi çimənlərə yaxınlaşaraq dərilərini çimdikləyir və bu dermotoloji xəstəliklərindən qurtulmağa kömək edir.
Bərəkətli iqlim bu məskəndə müxtəlif növ heyvanlar və fıstıq, ulas, dəmirağac, qızılağac və palıd ağacı kimi qiymətli ağac növləri olan qalın meşələrin inkişafına şərait yaradır. Masallı şəhərində ənənəvi xalq sənətkarlığı nümunələrini: toxunma həsirlər, baş örpəkləri, müxtəlif duluzçuluq məmulatları, xalçalar, corablar, əlcəklər, milli ornamentlə bəzədilmiş taxta məmulatları əldə etmək turistlərə maraqlı gələcək.

SİFARİŞ EDİN

AŞAĞIDAKI FORMU DOLDURARAQ,BİZİ BİLDİRİN