bootstrap menu

Şirvanşahlar

Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir. 1964-cü ildə kompleks muzey-qoruq elan edilib və dövlət mühafizəsinə götürülüb. Orada 200-dən çox abidə var. Şirvanşahlar sarayının əsas binalarının memar Əli tərəfindən tikilməsi ehtimal olunur. Memar Əlinin adı 1435-ci il tarixli Türbənin baştağındakı badamvari medalyonlarla həkk olunmuşdur. Şimal darvazasının baştağı üzərindəki kitabədə ustad Əmirşah Belyənguhinin adı yazılmışdır. Sarayın daşları üzərindəki yazılar ,sarayın daşları üzərində olan bədii oymalar və memarlıq elementləri,bu abidənin Azərbaycan milli memarlıq nümunəsi olduğunu sübut edir. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilmişdir.

İçəri Şəhər

İçərişəhərlər bir növ cаnlı оrqаnizmdir. Onun özünəməхsus tаlеyi vаrdır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyаsi hаdisələrdən кənаrdа qаlsа dа, bir qismi tаriхi hаdisələrin güclü burulğаnındа çırpınırdı. Bəzi şəhərlər tаlаn və yаnğınlаrа, fеоdаl çəкişmələrinə, təbii fəlакətlərə tаb gətirməyərəк məhv оlurdu. Bakı şəhəri isə əlvеrişli təbii-iqlim şərаitinə, güclü iqtisаdiyyаtınа, ticаrət və sənətкаrlığının inкişаfınа görə çiçəкlənərəк şöhrət qаzаnmışdı.
İçərişəhər mаhir mеmаrlаrın, sənətкаrlаrın pеşəкаrlığındаn söhbət аçır, bizi ötən qərinələrə аpаrır. Dövrümüzə gəlib çаtmış bu şəhərin dаr, əyri-üyrü кüçələrini, mеydаnçаlаrını göz önünə gətirdiкcə ötən yüzilliкlərdə hакim оlmuş şəhər həyаtının zаmаn keçdiкcə nеcə dəyişdiyini görürüк. Onun divаrlаrı аrаsındа sаnкi кеçmişə qаyıdаrаq, о dövrün səsini duyuruq. "Mədəni qаtlаrdа" şəhərsаlmа ənənələrini izlədiкdə burada sənət еşqilə yаşаyıb-yаrаdаn insаnlаrın ürəк çırpıntılаrını еşidiriк.
İçərişəhərdə izdihаmlı ticаrət mеydаnlаrı, кüçələr və böyüк məhəllələr mеydаnа gəlmişdi. O, sözün əsl mənаsında dахili məhəlli struкturlаrа mаliк olub hər şеydən əvvəl iqtisаdi mərкəz кimi fоrmаlаşmışdı. Yəni оnun özünüidаrəsi dахili və ətrаf yаşаyış məntəqələri sакinlərinin məişət və təsərrüfаt həyаtındа аpаrıcı rоl oynayır, yахın və uzаq yеrlərlə sıх iqtisаdi-mədəni əlаqədə saxlayırdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüкsəlməsi üçün mühüm аmillərdən biri də оnun ölкənin sənətкаrlıq mərкəzlərindən birinə çеvrilməsi idi. Burаdа müхtəlif sənət sаhələri fоrmаlаşmış, əmtəə istеhsаlı gеnişlənmiş, (dulus, mеtаl, şüşə məmulаtı və s.), yеrli əhаli lаzım оlаn çохçеşidli mаllаrlа təmin еdilmişdi. Şəhər təsərrüfаtının ən mühüm аmillərindən biri də оnun zəngin əmtəə istеhsаl еtməsindədir. Su təchizatı, sanitariya və kanalizasiya sistemlərinin qurulmаsı, sаnitаriyа qаydаlаrınа əməl еtmə, həmçinin yaşıllaşdırma işi şəhər həyаtındа önəmli yеr tutur. Orta əsrlər Bakısında bütün bu problemlər həll edilmişdi.
Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və ya idarə olunması qeyri mümkün idi. Düşmən əsgərləri isə bu dalanlarda azır, sanki daş tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından isə hər kəs - uşaq da böyük də düşmənin başına ya qətran, ya qaynar su tökür və ya daş yağdırırdı. Beləliklə şəhər əhalisi dar gündə birlikdə düşmənə sinə gərir, öz vətənini, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.
İçərişəhər və onun müdafiə istehkam qalaları hərbi vətənpərvərlik simvolu olaraq gənc nəslin milli qürür hisslərilə tərbiyə olunmasında bariz bir örnəkdir.

Dənizkənarı bulvar

Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılmışdır. Növbəti ildən parkın salınmasına başlanılmışdır.Parkın salınmasında o vaxtlar Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin xüsusi xidmətləri olmuşdur. İki il müddətində buraya kənardan münbit torpaq, dünyanın müxtəlif ölkələrindən nadir bitki nümunələri gətirilmişdir.
Bulvar ərazisində 1950-60-cı illərdə "Mirvari", "Bahar" kafeləri, Səməd Vurğun adına yay kinoteatrı, "Venesiya" su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilmişdir. “Venesiya” su şəhərciyi uzunmüddətli təmirdən sonra 2012-ci ildə yenidən istifadəyə verilmişdir. “Yeni Venesiya” su şəhərciyi köhnə Venesiyadan vizual görünüşünə görə tamamilə fərqlənir. Tunelləri yenidən tikilən su şəhərciyinin kanallarının sahəsi də genişləndirilmişdir. Amma yeniliklərə rəğmən, keçmiş “Venesiya” su şəhərciyinin əsas məğzi saxlanılmışdır. 1970-ci illərdə bulvar şərq və qərb istiqamətində genişləndirilmişdir. 1998-ci il dekabrın 29-da sabiq prezident Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "MilliPark"statusu verilmişdir.
Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Son illərdə Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir.
Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və sair gəzinti marşrutları işləyir. Səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər və sair istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir.

Funikulyor 

Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.Bakı funikulyorunun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı". Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olmuşdur.Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanmış və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdir. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir.

Xalça muzeyi

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey oldu. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində - İçərişəhərdə yerləşən Cümə məscidində açıldı.
Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 000 -ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlandı və 2014-cü ildə onun ilk ekspozisiyası açıldı.
Ekspozisiyası üç mərtəbələrdə yerləşir:
1-ci mərtəbə: Azərbaycan xalçanın ingişafı və xalqın həyatında rolu
2-ci mərtəbə: Azərbaycan xalçaçılıq mərkəzləri
3-ci mərtəbə: Müasir dövrdə Azərbaycan xalçaçılığı
İş vaxtı
Çərşənbə axşamı - Cümə: 10:00 -18:00
Şənbə-Bazar: 10:00 - 20:00
İstitahət günü - Bazar ertəsi

Qız qalası

Qız qalası Bakının ən müəmmalı və əzəmətli abidəsidir. Bu abidə İçəri şəhərin cənub-şərq hissəsində ucalır. Azərbaycan memarlığının bu nadir tikilisinin Şərqdə analoqu yoxdur. Abidə bu gün də hər şeydən çox öz bənzərsiz forması ilə diqqət çəkir. Tikilinin tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr getməkdədir. Qala sahil qayasının çıxıntısında, yerli boz əhəngdaşından tikilib, hündürlüyü 28 m və diametri - 16,5 m-dir. Divarların qalınlığı binanın özülündə 5 m, yuxarıda 4 m-dir. Şərq tərəfdən qalaya çıxıntı birləşir, onun təyinatı hələ də bəlli deyil. Daxildən qala 8 mərtəbəyə bölünüb. Bu mərtəbələrdən hər biri indi dəyirmi dəliyi olan daş qübbə ilə örtülüb. İçəri işıq ensiz, içəriyə doğru genişlənən pəncərə oyuqlarından düşür. Mərtəbələr arasında əlaqə qala divarlarında salınan dolama daş pilləkən vasitəsilə həyata keçirilirdi. Divarların içərisində oyuqlar qoyulub, onların içərisindən diametri 30 sm olan dulusçuluq borusu keçir. Qalanın daxilində, qayada üçüncü mərtəbəsinin rütubətli qatlarında çapılmış 21 metr dərinliyi olan quru var. Qız qalasının tikilmə tarixi hələ də məlum deyil. Çox zaman onu XII əsrə aid edirlər. Qalanın çölündə yerləşən yazılı daşın tarixi bu qədərdir. Piltədəki kufi yazısı deyilir: "Məsud ibn Davud qübbəsi". Amma bu piltə qalada sonradan peyda olub, çünki təsadüfi yerləşir və özü də əsas girişin üzərində deyil, hörgüyə yandan səliqəsiz, yerdən 14 metr hündürlüyə daxil edilib. Böyük ehtimalla, bu, qəbirüstü piltədir, təmir zamanı onunla qalanın pəncərəsini tıxayıblar və ya bu qalanı bərpa edən ustanın adıdır. Qalanın yaşını təyin etmək üçün iki məsələdən istifadə etmək lazımdır. Birincisi, Qız qalasının tikintisində əhəngli məhluldan istifadə edilib, belə məhlulla ən qədim bina Qəbələdə aşkarlanıb və b.e.-nın I əsrinə aiddir. Ola bilsin, qalanın ən azı bu qədər yaşı var. Yuxarı həddi Qız qalasının və İçəri şəhərdəki Məhəmməd ibn Əbu Bəkr məscidinin tikintisində (1078-1079) istifadə olunan daşların rəngini müqayisə etməklə müəyyənləşdirmək olar. Hər iki binanın tikintisində eyni növ yerli əhəngli məhluldan istifadə olunsa da, Qız qalasındakı daşların rəngi xeyli tünddür, daha doğrusu, məscidin daşlarından bir neçə yüz il qədimdir. Beləliklə, yuxarı hədd IX-X əsrlərdir. Məşhur tarixçi S.Aşurbəyli Qız qalasının b.e-nın ilk illərində, M.Nəbiyev VI əsrdə tikildiyini düşünürlər. D.Axundov isə qalanın b.e.ə VI əsrdə tikilməsi barədə ehtimal irəli sürür. Azərbaycan arxitekturasının tarixçisi L.Bretanitski hesab edir ki, onu 2 mərhələdə inşa ediblər: aşağı hissə - 13,7 m hündürlüyədək V-VI əsrlərdə, yuxarı hissə XII əsrdə tikilib. Qalanın ilkin təyinatını müəyyənləşdirmək də eni dərəcədə çətindir. Onun müdafiə istehkamı kimi tikilməsi şübhə doğurur. Çünki qalanın ərazisi kiçikdir və orada uzunmüddətli yaşayış üçün şərait yoxdur. Ensiz pəncərə yarıqları dənizə istiqamətlənib və düşmənə müqavimət üçün nəzərdə tutulmayıb. Düşmənlə mübarizə üçün yalnız qalanın zirvəsi işə yaraya bilər. O da hesablanıb ki, qalaya sərf olunan Daş və əhəngdən şəhərin ətrafında ikinci bir qala divarları da qurmaq olardı. Belə ehtimallar var ki, əvvəlcə qala od məbədi, zərdüşti məbəd, rəsədxana kimi nəzərdə tutulurmuş («qala» sözünün dilimizdə qalamaq mənası da var), amma bunların heç biri ağlabatan deyil. Görünür, qaladan islamaqədərki dövrdə dini tikili kimi istifadə edirmişlər. Qalanın ətəyindəki qədim ritual quyuları da bundan xəbər verir. Abbas İslamovun araşdırmaları da qalanın dini səciyyə daşıdığını təsdiqləyir. O aşkar edib ki, bir çox qədim kultlarda müqəddəs sayılan qış gecə-gündüz bərabərliyində (22 dekabr) Günəşin şüaları düz Qız qalasının mərkəzi pəncərəsinə düşür. Sonra günəş müəyyən qanunauyğunluqla bütün yuxarı pəncərələrə nüfuz edir. Eyni zamanda qalanın bir çox elementləri bir-birilə qarşılıqlı əlaqədədir. Beləliklə, qala Günəş kultu ilə bağlı imiş, bu da onun layihəsində öz əksini tapıb. İslam dininin yayılması ilə əlaqədar qədim kultlar unuduldu və indi qalanın ilkin təyinatı barədə danışmaq çətindir. XII əsrdə bu əzəmətli qala Bakının müdafiə sisteminə aid edildi və Bakı qalasının əsas istehkamına, Şirvanşahların qüdrətli qalalarından birinə çevrildi. XVIII-XIX əsrlərdə ondan mayak kimi istifadə olunurdu. Qaladakı mayak 1858-ci il iyunun 13-də yandırıldı, buna qədər onun üzərində istehkam bayrağı vardı. Sonralar şəhər böyüyəndən sonra qaladakı işıq şəhərin gecə işıqlarına qarışdı. 1895-ci ildə Qız qalasının yuxarı hissəsinə ağ enli zolaq çəkildi. Amma bu problemi həll etmədi və artıq 1907-ci ildə mayak Nargin (Böyük Zirə) adasına keçirildi. Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri tərəfindən), sonuncu dəfə 1960-cı illərdə - bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib. Məsələn, əvvəllər qala içəridən örtülməmişdi, mərtəbələr arası qübbələr isə son təmir işləri zamanı tikilib. Eyni zamanda bəzi oyuqlar və qapılar hörülüb. 1964-cü ildə qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nn abidələri siyahısına daxil edilib.

Dağüstü park

Bakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Sovet dövründə isə Sergey Kirovun adını daşıyıb.
Dağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.
Park memar İlyinin layihəsi əsasında Bakı karxanalarının rəngbərəng əhəng daşlarından istifadə edilməklə köhnə qəbiristanlığın yerində salınıb. Yeri gəlmişkən, parkın daha bir köhnə adı bu qəbiristanlıqla bağlıdır – İngilis parkı. Deyilənə görə, ötən əsrin 20-ci illərində burada 1918-ci il mart hadisələrinin qurbanları ilə yanaşı, Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərləri də dəfn edilib.
Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.

Heydər Əliyev Mərkəzi

Mərkəzin tikintisini isə “DİA Holdinq FZCO” şirkəti həyata keçirir. Memarların  fikrincə, mərkəz mərhum Heydər Əliyevin imzası formasında tikilib. Tikiliyə  yuxarıdan baxdıqda və maketinə nəzər yetirdikdə imzanın orada əks olunduğunu  deyənlər də var.  Məlumat üçün bildirək ki, Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 15,25  hektardır. Onun 2 hektarını əsas bina və digər tikililər, 13,25 hektarı landşaft  ərazisi olacaq. Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı  olan üç əsas strukturdan ibarət olacaq.  Kompleksin ümumi mərkəzi 57 min kvadratmetrdir. Struktura muzey, 10.854  kvadrat metr sahəsi olan mədəni irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 27.880  kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media  mərkəzi daxil olacaq. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil  edəcək. Heydər Əliyev Mərkəzi həm də beynəlxalq səviyyəli tədbirlərin,  konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkili  üçün nəzərdə tutulub.  Мayın 10-da isə mərkəzin açılışında prezident İlham Əliyev və onun xanımı  mehriban Əliyeva iştirak edib.  İqtisadçıların hesablamalarına görə, sözügedən mərkəzin tikintisinə indiyə qədər  250 milyon manatdan artıq pul xərclənib.